DÜNYA

01 May

Türkiyədən Rusiyaya pomidor ixracı üzrə kvota 500 min tona qədər artırılır

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin hava yolu ilə Rusiyaya göndəriləcək bəzi kənd təsərrüfatı məhsullarının kvotasına dair razılığa gəlib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, danışıq zamanı Türkiyədən Rusiyaya göndərilən pomidor üzrə kvota 500 min tona qaldırılıb.

Qeyd edək ki, hazırkı kvota 350 min ton təşkil edir. 

Zəminə Hüseyn
Fins.az