DÜNYA

01 May

Türkiyənin fevral ayında neft idxalı artıb

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) fevral ayı “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi xam neft idxalı 14% azalaraq 2 milyon 17 min 437 tona düşüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, xam neft və neft məhsullarının ən çox idxalı Rusiya, İraq və Qazaxıstandan edilib.

Türkiyənin cəmi neft və neft məhsulları idxalı fevral ayında bir əvvəlki ilin eyni ayına görə 0,6 % artaraq 3 milyon 225 min 886 tona çatıb.

Zəminə Hüseyn
Fins.az