DÜNYA

26 Aprel

Alphabet 69 milyard dollar gəlir əldə edib

"Google"un sahibi olan Amerikanın "Alphabet" korporasiyasının bu ilin birinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 69,8 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.

Şirkətin 2022-ci ilin birinci rübündə gəliri 68 milyard dollar olub.

"Alphabet"in üç aylıq dövr ərzində xalis mənfəəti isə 8% azalaraq 15,1 milyard dollar təşkil edib. Şirkət ötən ilin birinci rübündə 16,4 milyard dollar xalis mənfəət əldə edib.