DÜNYA

19 Aprel

Qlobal polad tələbatında artım proqnozu

Dünya Polad Birliyi (Worldsteel), qlobal polad tələbi ilə bağlı proqnozlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu il qlobal polad tələbinin 2,3 % artaraq 1,822 milyard tona çatacağı bildirilib.

Proqnozların paylaşıldığı açıqlamada qlobal polad tələbinin 2024-cü ildə 1,7% artaraq 1,854 milyard tona yüksəlməsinin gözlənildiyi bildirilib.

Zəminə Hüseyn
Fins.az