Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel, kriptovalyutada istifadə edilən çip seriyalarının istehsalını dayandırdığını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət kriptovalyuta məkanında bazar imkanlarını izləməyə davam edəcəyini qeyd edib.
Şirkət oktyabr ayına qədər "Blockscale" seriyası üçün sifarişləri qəbul etməyi və gələn ilin aprel ayına qədər tədarükü başa çatdırmağı planlaşdırır.
Zəminə Hüseyn
Fins.az