İndoneziya Mərkəzi Bankı üçüncü iclasda valyutanın bahalaşması və qiymət təzyiqlərinin azalması ilə əlaqədar olaraq siyasət faizini dəyişməyib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İndoneziya siyasət faizini gözləntilərə uyğun olaraq 5,75% səviyyəsində saxlayıb.
Faiz dərəcələrini 6 ayda cəmi 225 bənd artıran bank, yanvar ayından bəri siyasət faizini dəyişməyib.
Zəminə Hüseyn
Fins.az