Ötən əsrdə Avstraliyanın ən çox əhalisi olan şəhəri Sidney Melburnla əvəzlənib.
Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, son məlumatlara görə, 2021-ci ilin iyun ayı etibarilə Melburn əhalisinin sayı Sidneyi 18 min 700 nəfər qabaqlayaraq 4 milyon 875 min 400 nəfərə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, Sidneydə əhali artımı səngiyib və son illərdə daha çox insan şəhəri tərk edərək ölkənin digər bölgələrinə köçüb.
Zəminə Hüseyn
Fins.az