DÜNYA

11 Aprel

ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntiləri artıb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi, Amerika istehlakçılarının qısamüddətli inflyasiya gözləntilərinin mart ayında 4,2 %-dən 4,7 %-ə yüksəldiyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehlakçıların inflyasiya gözləntiləri 2022-ci ilin oktyabr ayından bəri ilk dəfə artıb.

Növbəti 3 illik dövrü əhatə edən orta müddətli inflyasiya gözləntisi mart ayında 0,1 bəndi artaraq 2,8 % yüksəlib.

Zəminə Hüseyn
Fins.az