Rusiyada avtomobil satışı bu ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 44,7% azalaraq 153 minə düşüb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mərkəzi ofisi Rusiyada yerləşən Avropa Biznes Assosiasiyasının (AEB) dərc etdiyi hesabatda, sanksiyalar səbəbindən avtomobil sənayesindəki azalma göstərilib.
Hesabatda yeni avtomobil satışlarının mart ayında keçən ilə nisbətən 10,6% azalma olduğu bildirilib.
Zəminə Hüseyn
Fins.az