DÜNYA

04 Aprel

Daha bir şirkət Rusiyadan taxıl ixracını dayandıracaq

Rusiya Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları ticarəti sahəsində fəaliyyət göstərən "Louis Dreyfus" şirkətinin Rusiyadan taxıl ixracını dayandıracağını açıqlayıb. 

Fins.az "Bloomberg"-ə istianadən xəbər verir ki, açıqlamada, Louis Dreyfus və digər Qərb kənd təsərrüfatı məhsulları şirkətlərinin Rusiyadan getməsinin ölkədəki ərzaq ixracına təsir etməyəcəyinə diqqət çəkilib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi martın 29-da bildirib ki, Cargill və Viterra şirkətləri də Rusiya bazarında ixrac fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.

Qlobal taxıl bazarında 19% paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.

Zəminə Hüseyn
Fins.az