DÜNYA

03 Aprel

Türkiyədə inflyasiya azalıb

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqlamasına görə, İstehlak Qiymətləri İndeksi (TÜFE) illik 50,51%, aylıq isə 2,29% olub.

Bu barədə Fins.az "Bloomberg"-ə istinadən xəbər verir.

Əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan sektor 70,73% ilə restoran və otellər olub.

Əsas xərc qrupları üzrə 2023-cü ilin mart ayında bir əvvəlki ayla müqayisədə ən az artım göstərən sektor  -1,92%  ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, 2023-cü ilin mart ayında bir əvvəlki ayla müqayisədə ən çox artım müşahidə edilən sektor 6,30% ilə təhsil olub.

Zəminə Hüseyn
Fins.az