DÜNYA

03 Aprel

Aİ bərpa olunan enerji hədəfini yüksəltmək qərarına gəlib

Avropa İttifaqı (Aİ)  iqlim dəyişikliyi ilə mübarizə planlarının bir hissəsi olaraq bərpa olunan enerjidən istifadə hədəflərini 45 %-ə çatdırmağa razılaşıblar.

Bu barədə Fins.az "Bloomberg"-ə istinadən xəbər verir.

Avropa İttifaqı (Aİ) üzv dövlətlər ilə Avropa Parlamenti (AP) arasında müzakirə edilən bərpa olunan enerji tənzimlənməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Hazırda Aİ-nin 2030-cu il üçün bərpa olunan enerji hədəfi 32 % təşkil edib. Müqavilə ilə bu faiz artırılıb.

Bundan əlavə, nəqliyyat, sənaye, binalar və istilik üçün də hədəflər müəyyən ediləcək.

Aİ ölkələri nəqliyyat sektorunda istifadə edilən ümumi enerjidə bərpa olunan enerjinin payını 29 %-ə çatdıracaq. Sənayedə istifadə olunan hidrogenin 42%-i bərpa olunan yanacaqlardan gələcək. Sənaye bərpa olunan enerjidən istifadəni hər il 1,6 % artıracaq. Qərar çərçivəsində binaların enerji istifadəsi üçün bərpa olunan enerji hədəfləri tətbiq ediləcək. Bərpa olunan enerji layihələrində icazə prosesləri sürətləndiriləcək.

Zəminə Hüseyn
Fins.az