Qlobal maliyyə bazarlarında likvidlik risklərinin artımı müşahidə edilir.
Fins.az bu barədə 2022-ci ilin nəticələri üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"na əsasən xəbər verir ki, qlobal bazarda əsas likvidlik meyarı hesab olunan ABŞ Xəzinədarlığı qiymətli kağızları tələb-təklif spredləri əhəmiyyətli artıb.
Ümumiyyətlə, bütün aktiv sinifləri üzrə likvidlik premiyalarının artması və likvidliyin azalması müşahidə edilir.
Beynəlxalq Valyuta Fondunun Qlobal Maliyyə Sabitliyi Hesabatına əsasən Avropada gözlənilən yüksək və volatil enerji qiymətlərinin təsirini hedcinq etmək məqsədilə istifadə olunan törəmə maliyyə alətləri üzrə marja çağırışlarının həcmi artıb. Bu isə öz növbəsində böyük enerji istehlakçısı olan şirkətlərdə likvidlik probleminin yaranmasına və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən bu şirkətlərə təcili qısa müddətli likvidlik xətlərinin və kredit zəmanətlərinin ayrılması ilə nəticələnib.
Fuad Mədətov
Fins.az