ABŞ Aİ-nin ən böyük neft tədarükçüsü kimi Rusiyanı əvəz edir.
Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.
Məlumatlar göstərir ki, sanksiyalara görə Rusiyadan ixrac azalıb, əvəzində qitələrarası daşımalar artıb.
Avropa Statistika Ofisinin Eurostat-ın məlumatına görə, ABŞ Rusiyanı əvəz edərək Aİ-nin ən böyük neft ixracatçısı olub. Rusiyanın regiona tədarükü 2022-ci ilin yanvarında 31 %-dən dekabrda cəmi 4 %-ə düşüb, eyni dövrdə ABŞ-ın ixracatı isə 13 %-dən 18 %-ə yüksəlib.
Zəminə Hüseyn
Fins.az