DÜNYA

29 Mart

Yaponiyada rekord səviyyəsində büdcə

Rekord büdcə 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək və 114,3 trilyon yen və ya 870 milyard dollar təşkil edəcək. Büdcənin ən böyük maddələrindən biri 37 trilyon yen və ya 281 milyard dollarla sosial təminat xərcləri olub.

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Yaponiya parlamentinin Müşavirlər Palatası (Sangiin) sosial təminat və müdafiə xərclərini əhatə edən büdcə səsverməyə çıxarılıb. Büdcə parlamentdə səsvermə nəticəsində qüvvəyə minib.

36,9 trilyon yen (281 milyard dollar) sosial təminat xərclərinə; Milli müdafiə xərclərinə 6,8 trilyon yen (52 milyard dollar) ayrılacaq.

Vergi gəlirləri 69,4 trilyon yen (522 milyard dollar) olaraq qiymətləndirilən büdcənin bir hissəsi dövlət istiqrazları hesabına ödəniləcək. Büdcə üçün 35,6 trilyon yen (272 milyard dollar) dövlət istiqrazı buraxılacaq.

Zəminə Hüseyn
Fins.az