Dünya Bankı qlobal iqtisadiyyatın orta potensial artımının 2022-2030-cu illər arasında illik 2,2%-lə son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini proqnozlaşdırır. Bu, əsrin ilk 10 ilindəki göstəricinin təxminən üçdə birinə uyğundur.
Fins.az xəbər verir ki, bu barədə bankın "Azalan uzunmüddətli artım perspektivləri: trendlər, perspektivlər və siyasətlər" adlı hesabatında qeyd olunub.
COVID-19 pandemiyası və Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra uzunmüddətli potensial artım templəri zəifləyib. Son 30 ildə tərəqqi və rifahı gücləndirən iqtisadi qüvvələrin demək olar ki, hamısı zəifləyib.
Hesabata əsasən, qlobal maliyyə böhranı və ya tənəzzül zamanı bu azalmalar daha kəskin olacaq. Eyni zamanda, tənəzzüllər və bank böhranları iqtisadi böyüməyə təsir göstərir.