Microsoft tərəfindən dəstəklənən OpenAI tərəfindən hazırlanmış ChatGPT-nin böyük uğuru bütün texnologiya dünyasının diqqətini bu sahəyə yönəltməsinə səbəb olub. Texnologiya şirkətləri süni intellekt proqramları hazırlamaq və ya bu proqramları öz məhsul və xidmətlərinə inteqrasiya etmək yarışındadır. NVIDIA bu sahədə özünə yer tapmaq üçün işə başlayan şirkətlərdən biridir.
Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.
Hazırda dünyanın ən böyük video kart istehsalçılarından biri olaraq süni intellekt sahəsində mühüm rol oynayan NVIDIA, önümüzdəki dövrdə çox daha fəal rol almağı planlaşdırır. GPU Texnologiyaları Konfransında gələcək planları haqqında açıqlamalar verən NVIDIA, süni intellekt üçün yeni bulud xidmətini açıqlayıb. Bu bulud xidməti öz süni intellekt modellərini yaratmaq və inkişaf etdirmək istəyən şirkətlər üçün əlçatan olacaq.
Fərqli məqsədlərə xidmət edən iki fərqli bulud xidməti AI Foundations brendi altında şirkətlərə və proqram təminatçılarına təklif olunacaq. NeMo adlı bulud xidməti dil modelləri üçün, Picasso isə vizual, video və 3D məzmun üçün istifadə ediləcək. Şirkətlər bu modellərdən istifadə edərək öz süni intellekt platformalarını inkişaf etdirə biləcəklər. NeMo xidmətinə giriş var. Picasso-da isə hələlik yalnız şəxsi giriş üçün mövcuddur.
Zəminə Hüseyn
Fins.az