DÜNYA

28 Mart

Stellantisdən Eisenach fabrikinə 130 milyon avro investisiya

Avtomobil istehsalçısı Stellantis elan edib ki, gələn ilin ikinci yarısından başlayaraq Almaniyadakı Eisenach zavoduna akkumulyatorlu elektrik avtomobili (BEV) istehsalı üçün 130 milyon avrodan (140 milyon dollar) çox sərmayə qoyacaq.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Qeyd edək ki, 1992-ci ilin sentyabrında Opel Astra istehsalı ilə açılan Eisenach fabriki Almaniyanın Türingiya şəhərində yerləşir. Zavod 2022-ci ildə 3,7 milyon avtomobil istehsalı ilə 30 illik yubileyini qeyd edib.

Zəminə Hüseyn
Fins.az