DÜNYA

27 Mart

Türkiyədə 2022-ci ildə işsizlik 10,4 % təşkil edib

Müvafiq olaraq, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2022-ci ildə əvvəlki ilə nisbətən 337 min nəfər azalaraq 3 milyon 582 min nəfər olub.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

İşsizlik nisbəti isə 1,6% bəndi azalaraq 10,4% olub. İşsizlik nisbəti kişilərdə 8,9% ikən, qadınlarda 13,4 % olaraq təxmin edilib. 

Gənc əhali arasında işsizlik səviyyəsi 19,4 % olduğu halda, geniş işsizlik 21,3 % təşkil edib. Qadın işsizliyi kişi işsizliyindən 4,5% bənd yüksək olub.

Zəminə Hüseyn
Fins.az