DÜNYA

19 Mart

OECD-in Türkiyə proqnozları

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dərc etdiyi iqtisadi perspektiv hesabatında Türkiyə iqtisadiyyatının 2023-cü il üçün artım gözləntilərini aşağı olduğunu qeyd edərkən, 2024-cü il üçün artım gözləntilərini yüksək kimi dəyərləndirib.

Fins.az xəbər verir ki, OECD açıqladığı cari hesabatında zəlzələ səbəbindən Türkiyədə iqtisadi aktivliyin 2023-cü ilin əvvəlində əhəmiyyətli dərəcədə azalacağını bildirib.

Həmçinin qeyd edilib ki, restrukturizasiya xərclərinin artması halında Türkiyə iqtisadiyyatında canlanma müşahidə olunacaq. 2023-cü ildə inflyasiyanın 44.6%, 2024-cü ildə isə 41.4%-ə geriləyəcəyi gözlənilir.