NASA 50 ildən sonra Yerin peykinin üstündə olacaq. O, mini moda nümayişi ilə skafandrlarını ictimaiyyətə təqdim edib.
Fins.az CNN-ə istinadən bildiri ki, yeni skafandr kosmonavtlara Ay səthində elmi təcrübələr aparmağa kömək edəcək və onların hərəkətliliyini artıracaq. Yeni kostyumda qadın kosmonavtlar da nəzərdə tutulub.
Keçmişdə qadın kosmonavtların kosmos səyahətlərinə uyğun ölçülü geyimlərin olmaması səbəbindən mane olduğu hallar olub.
Paltarın hər bir parçası fərdi olaraq hazırlanmışdır. Çəkmə və əlcəklər, Ayın davamlı qaranlıq səthindəki dondurucu temperaturlara dözə bilən dəbilqə borusu, yəni kosmonavt dəbilqəsi, ağciyərlərə ən uyğun şəkildə dizayn ediləcək. Dizaynda 3D printerlər və lazer kəsicilər kimi yeni nəsil üsullardan istifadə olunacaq.
Zəminə Hüseyn
Fins.az