DÜNYA

16 Mart

Rusiya qaz ixracını 31% azaldıb

Rusiya ötən il qaz ixracını 30,7% azaldaraq 170,6 milyard kubmetrə endirib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

Onun sözlərinə görə, ötən il ölkənin qaz ixracı 75,6 milyard kubmetr azalıb. Hesabat dövründə Rusiyada qaz hasilatı 11,7% azalaraq 673,8 milyard kubmetr olub.