DÜNYA

15 Mart

Yaponiyanın böyük şirkətlərindən son 25 ildə ən yüksək təkliflər

Yaponiyanın baş naziri Fumio Kişidanın inflyasiyanın artması fonunda şirkətlərin maaşlarının artırılması çağırışı ölkədə rezonans doğurmaqda davam edir.

Fins.az CNN-ə istinadən xəbər verir ki, Yaponiyada böyük şirkətlər illik danışıqlarında işçilərə son 25 ildə ən böyük maaş artımını təklif ediblər.

Yaponiya İqtisadi Tədqiqatlar Mərkəzinin (JERC) 33 iqtisadçı arasında apardığı sorğuya əsasən, şirkətlər yaz əmək haqqı danışıqlarında bu il əmək haqqının 2,85 % artacağını gözləyirlər. Bu baş verərsə, bu, 1997-ci ildən bəri ən yüksək maaş artımı olacaq.

Qeyd edək ki, ötən il əmək haqları 2,2 % artırılıb.

Zəminə Hüseyn
Fins.az