Qlobal çip satışları bu ilin yanvar ayında 18,5% azalaraq 41,33 milyard dollara enib.
Fins.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SİA) məlumat yayıb.
Bu ilin yanvar ayında 2022-ci ildə rekord yüksək satışdan sonra qlobal yarımkeçirici bazarı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, ötən ilin eyni ayında dünyada çip satışı 50,74 milyard dollar təşkil edib.
Hesabat dövründə çip satışları ən çox Çində (-31,6%) azalıb. İkinci yerdə Asiya-Sakit okean hövzəsi və digər regionlar (19,5%), üçüncü yerdə isə Amerika qitəsi (12,4%) qərarlaşıb.
Eyni zamanda, Avropa və Yaponiyada satışlar müvafiq olaraq 0,9% və 0,7% artıb.