Yaponiyada yerli korporativ istehsalçı qiymətlərindəki eniş keçən ayda da davam edib.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir.
Yaponiya Bankının açıqladığı məlumatlara görə, istehsalçı qiymətləri fevral ayında əvvəlki ilin eyni ayına nisbətən 8,2% artıb. Bazar gözləntisi isə qiymət artımının 9,5%-dən 8,4 %-ə enəcəyi idi.
İstehsalçı qiymətləri aylıq olaraq 0,4 % azalıb. Analitiklər azalmanın 0,3% olacağını proqnozlaşdırmışdılar.
Ölkə üzrə ixrac qiymətləri aylıq 0,3%, illik 0,5 % artıb. İdxal qiymətləri isə aylıq 0,9% azalarkən, illik artım yüzdə 3,1% -ə geriləyib.
Zəminə Hüseyn
Fins.az