Nissan "X-in-1" adı altında elektrik güc aqreqatı sistemlərinin inkişafına yeni yanaşmasını elan etdi.
Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir ki, yeni yanaşmanın bir hissəsi olaraq, Nissan EV və e-POWER güc aqreqatlarının əsas komponentlərini bölüşəcək və modullaşdıracaq. Beləliklə, 2026-cı ilə qədər 2019-cu ilə nisbətən inkişaf və istehsal xərclərinin 30% azalmasını təmin edəcək.
X-in-1 yanaşması ilə Nissan EV və e-POWER avtomobillərinin rəqabət qabiliyyətini daha da artırmağı hədəfləyir.
Zəminə Hüseyn
Fins.az