Avropa İttifaqı iqtisadiyyatı ötən ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə 0,1% kiçilib.
Fins.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat açıqlayıb.
Məlumata görə, ötən ilin son rübündə Avrozonada iqtisadi artım 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8% böyüyüb. Hesabat dövründə Almaniya iqtisadiyyatı 0,4%, İtaliya iqtisadiyyatı 0,1% kiçilib, Fransa iqtisadiyyatı isə 0,1% böyüyüb.