DÜNYA

09 Mart

Fransada atom elektrik stansiyasında çat aşkar olunub

Fransada Penly 1 Atom Elektrik Stansiyasında çat aşkar edildikdən sonra bir çox reaktorun fəaliyyəti dayandırılıb.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Fransanın enerji təminatçısı EDF, Seine-Maritime bölgəsindəki Penly 1 Atom Elektrik Stansiyasında reaktorun qəza su borusunda gözləniləndən daha böyük çatlaq müşahidə edildiyini açıqladı.

Açıqlamada çatın aşkarlanması ilə təhlükəsizlik səbəbiylə sözügedən stansiya da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyətinin dayandırıldığı bildirilib.

Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən aşınma ilə əlaqəli olduğu düşünülür.

Zəminə Hüseyn
Fins.az