DÜNYA

09 Mart

S&P Global Cənubi Afrikanın kredit reytinqinin proqnozunu aşağı salıb

SP Global Cənubi Afrikanın kredit reytinqini təsdiqləyib və proqnozunu dəyişib.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

SP Global, Cənubi Afrikanın xarici valyutada uzun və qısamüddətli kredit reytinqinin "BB-", yerli valyutada isə "B" olaraq təsdiqləndiyini açıqlayıb. Kredit reytinqi üzrə proqnoz “müsbət”dən “stabil”ə dəyişdirilib.

SP Global qeyd edib ki, Cənubi Afrikada iqtisadi artım infrastruktur məhdudiyyətləri, xüsusilə də ciddi elektrik kəsilməsi səbəbindən artan təzyiqlə üzləşir.

Zəminə Hüseyn
Fins.az