DÜNYA

09 Mart

ABŞ-ın neft ehtiyatları 1,7 milyon barel azalıb

ABŞ-da ötən həftə ərzində kommersiya neft ehtiyatları 1,7 milyon barel azalaraq 478,5 milyon barel təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 7% çoxdur.