DÜNYA

09 Mart

Çində inflyasiya yavaşladı

Ötən ilin sonunda pandemiya nəzarətinin sona çatmasına baxmayaraq, istehlakçılar ehtiyatlı olduqları üçün Çində inflyasiya bazar gözləntilərindən daha sürətlə yavaşladı.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, istehlak qiymətləri fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə 1,0 faiz% artıb. 

Mövsümi təsirlərdən təmizlənmiş istehlak qiymətləri aylıq 0,5 % azalıb. Analitiklər isə 0,2 % artım olacağını bildirmişdilər.

Donuz əti qiymətləri ilin ilk ayında illik müqayisədə 11,8 % artarkən, artım sürəti keçən ay 3,9%-a geriləyib. Qeyri-ərzaq mallarının qiymətləri 0,6% artıb.

Zəminə Hüseyn
Fins.az