Müvafiq olaraq, ölkədə vakant yerlərin sayı yanvar ayında bir əvvəlki ayla müqayisədə 410 min azalaraq 10 milyon 824 minə düşüb.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, gözləntiləri aşmış boş iş yerlərinin sayının bu dövrdə 10 milyon 500 min ətrafında olacağı gözlənilirdi. Keçən ilin dekabr ayında boş iş yerlərinin sayı 11 milyon 234 min olaraq qeyd edilib.
Bu dövrdə vakant iş yerlərinin sayının artdığı sektorlar nəqliyyat, anbar təsərrüfatı və ictimai xidmətlər və digər sektorlar olub.
Tikinti, yaşayış və ictimai iaşə sektorlarında, maliyyə və sığorta sektorlarında isə vakant iş yerlərinin sayı azalıb.
Ölkədə işdən çıxarılan və ya işini tərk edənlərin sayı isə eyni dövrdə 4 min nəfər azalaraq 5 milyon 902 min nəfərə düşüb.
Zəminə Hüseyn
Fins.az