Yaponiya iqtisadiyyatı 2022-ci ilin son rübündə yekun məlumatlara görə, mənfiyə doğru yenilənmiş dəyişikliklər olub.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin ofisinin açıqladığı məlumatlara görə, ötən rübdə ÜDM əvvəlki rüblə müqayisədə dəyişməz qalıb. Bazarlarda gözlənti, 0,2% təxmin edilən dövrdə eyni səviyyədə artım olacağı idi.
Eyni dövrdə illik artım 0,6%-dən 0,1 %-ə yenidən mənfiyə doğru azalma müşahidə olunub. Bazarlar isə artımın 0,6 % olacağını proqnozlaşdırmışdı.
Nominal ÜDM 1,3%-dən 1,2%-ə, daxili tələb isə 0,2 %-dən 0,3 %-ə enib.
Xarici tələb isə 0,3 %-dən 0,4 %-ə yüksəlib.
Zəminə Hüseyn
Fins.az