DÜNYA

07 Mart

Rusiyanın neft və qaz gəlirləri 46% azalıb

Rusiya büdcəsinin bu ilin yanvar-fevral aylarında neft və qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 46% azalaraq 947 milyard rubl təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ölkənin qeyri-neft gəlirləri 9% azalaraq 2,21 trilyon rubl təşkil edib. Bu, ilk növbədə "Urals" neftinin qiymətinin ucuzlaşması və Rusiyanın təbii qaz ixracının azalması ilə bağlıdır.