DÜNYA

07 Mart

Almaniyada fabrika sifarişlərində artım

Avropanın ən böyük iqtisadiyyatında zavod sifarişləri yanvar ayı sürpriz bir artımla başladı.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Almaniya Statistika İdarəsinin Destatis-in məlumatlarına görə, yanvar ayında sifarişlər 1% artıb. Təyyarə və motorlu nəqliyyat vasitələri istehsalı yüksəlişdə təsirli olub.

Sifarişlər illik 12,5% gözlənti ilə müqayisədə 10,9 % azalıb.

Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4% azalma müşahidə olunub. Yüksək enerji ödənişləri ilə yanaşı, artan borcun xərcləri də iqtisadiyyatda problemlər yaradır.

Buna baxmayaraq, Almaniya iqtisadiyyatının istehsal sektorunda nikbinliyin müəyyən səbəbləri var. Çin iqtisadiyyatının yenidən açılmasının Almaniyanın ixracatına müsbət təsir edəcəyi gözlənilir.

Zəminə Hüseyn
Fins.Az