Növbəti nəsil “Apple” smartfonlarının təqdimetmə tarixi məlum olub.
Bildirilir ki, son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 12 sentyabr 2018-ci il tarixində təqdim ediləcəyi gözlənilir.
Məlumata görə, “Apple” 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni “iPhone X” və “iPhone X Plus”, həmçinin “iPhone 9” adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (“Face ID”) və “A12” sürətli prosessoru ilə təchiz ediləcək.
Xəbəri “ferra.ru” verib.