DÜNYA

06 Mart

Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıb.

Fins.az-ın məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 5,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 12,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2021- fevral 2022) Türkiyə 31,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

©Trend