2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 360,3 milyon dollara bərabər olub.
Bu barədə Fins.az Trend-ə istinadən xəbər verir.
“Bu ilin fevral ayında Türkiyə 721,1 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 5,4 milyard dollar məbləğində sement və şüşə ixrac edib.