DÜNYA

28 Fevral

Yaponiyanın sənaye istehsalında azalma müşahidə olunub

Yanvar ayında Yaponiya sənaye istehsalı ötən 8 ayın ən sürətli azalması müşahidə olunub. Buna xarici tələbatın azalması, avtomobil və çip avadanlıqları sektorlarına təzyiq göstərməsi səbəb olub.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, yanvar ayında sənaye istehsalı əvvəlki ayla müqayisədə 4,6% azalıb.

İqtisadçılar sənaye istehsalının 2,6% azalmasını proqnozlaşdırırdılar. Keçən ilin dekabr ayında isə istehsal 0,3 % artım yüksəlib.

Yanvarda avtomobil istehsalı 10,1%, maşınqayırma 13,5 % və elektron hissələrin istehsalı isə 4,2 % azalıb. Yarımkeçirici avadanlıqların istehsalı  isə 26,8 % azalıb.

Sənaye istehsalının sürətlə düşdüyü yanvar ayında pərakəndə satışlar demək olar ki, son 2 ilin ən sürətli artımını yaşadı. Yanvarda pərakəndə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % artıb. İqtisadçılar artımın 4,0 % olacağını gözləyirdilər.

Qeyd edək ki, istehsal azalsa da, avtomobil satışları illik əsasda 19,3% artıb. Pərakəndə satışlar yanvar ayında əvvəlki aya nisbətən 1,9% artdı. Dekabrda isə artım 1,1% olub.

Zəminə Hüseyn
Fins.Az