DÜNYA

23 Fevral

Dünyada ən yüksək inflyasiyanın olduğu ölkələr – SİYAHI

Dünyada ötən il ən yüksək inflyasiya Zimbabvedə (243,8%) qeydə alınıb.

Fins.Az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu göstərici üzrə lider ölkələr arasında Venesuela (234%) və Livan (122%) var.

Türkiyə bu siyahıda altıncı (64,3%) olub. Avropanın 17 ölkəsi bu siyahıda ilk 50-likdə yer alıb.

İnflyasiya ən çox Moldovada (30,2%), Ukraynada (26,6%), Macarıstanda (24,5%), Litvada (21,7%) və Latviyada (20,8%) sürətlənib. 11,9% inflyasiya göstəricisi ilə Rusiya 52-ci yerdədir.

Əlavə edək ki, ötən il Azərbaycanda inflyasiya səviyyəsi 13,9% olub.