DÜNYA

22 Fevral

Ukrayna Türkiyə və BMT-yə “taxıl sazişi”nin uzadılmasını təklif edəcək

Ukrayna hökuməti bu həftə Türkiyə və BMT-yə “taxıl sazişi”ni azı 1 il uzatmağı təklif edəcək.

Fins.Az xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

“Bu həftə sazişin müddətinin uzadılması üzərində işləmək zərurəti ilə bağlı rəsmi təklif verəcəyik”, - o bildirib.

Y.Vaskovun sözlərinə görə, “taxıl sazişi”nin 120 gün deyil, azı 1 il müddətinə uzadılması təklif ediləcək, çünki Ukrayna və qlobal kənd təsərrüfatı bazarları uzunmüddətli perspektivdə ixrac həcmlərini planlaşdıra bilməlidir.

Lakin o, bununla bağlı danışıqların vaxtının müəyyən edilmədiyini bildirib.

©report