DÜNYA

21 Fevral

Qlobal metan emissiyaları rekord həddə çatdı

"Dünyada metan emissiyaları hələ də çox yüksəkdir və sürətlə azalmır. Metan emissiyalarının azaldılması qlobal istiləşməni məhdudlaşdırmaq üçün ən ucuz variantlardan biridir".

Fins.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fateh Birol bildirib.

Onun sözlərin görə qlobal metan emissiyaları ötən il rekord səviyyədə - 135 milyon ton səviyyəsində qalıb: "Metan emissiyalarının 75% azaldılmasına imkan verən texnologiyalar mövcud olsa da, qalıq yanacaq istehsalçıları bu azalmaya nail olmaq üçün ötən ilki gəlirlərinin sadecə 3%-ni təşkil edən 100 milyard dollarlıq sərmayə qoymayıblar".

IEA-nın Qlobal Metan İzləyicisi hesabatına görə, Sənaye İnqilabından bəri müşahidə olunan qlobal temperatur artımının 30%-i metan emissiyaları ilə bağlıdır. Qlobal enerji sektoru metan emissiyalarının 40%-ni təşkil etsə də, kənd təsərrüfatından sonra ikinci yerdədir. 

Kömür, neft və təbii qaz sektorlarının hər biri ötən il 40 milyon ton metan emissiyası istehsal edibdir. Buna baxmayaraq, neft və qaz sektorunda metan emissiyaları mövcud texnologiyalarla 75% azaldıla bilər.