DÜNYA

21 Fevral

Rusiyadan Azərbaycana pul köçürmələri 5,5 dəfə artıb

Rusiyadan MDB ölkələrinə fiziki şəxslərin pul köçürmələri ötən il 2,5 dəfə artaraq 24 milyard dollar olub.

Fins.Az xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana pul köçürmələri 5,5 dəfə artaraq 2,3 milyard dollar təşkil edib.

Hesabat dövründə Özbəkistana ən çox Rusiyadan (14,5 milyard dollar) pul köçürüblər. Rusiyadan Gürcüstana pul köçürmələr 5 dəfə artaraq 2 milyard dollara çatıb. Qırğızıstana pul köçürmələr isə 2,69 milyard dollardan 2,78 milyard dollara yüksəlib.

©lenta.ru