DÜNYA

21 Fevral

Türkiyədə təkrar güclü zəlzələlər olub: ölənlərin sayı artdı - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Fins.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ nəticəsində 294 nəfərin yaralandığı bildirmişdi. Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, ötən axşam Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

* * *

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dördə çatıb.

Fins.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

* * *

"Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb".

Fins.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.

Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: "Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar".

Nazir əlavə edib ki, sonuncu zəlzələlərdən sonra bəzi xəstəxanaların binasında çatlar əmələ gəlib.

* * *
21.02.2023

Türkiyədə son baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb, 213 nəfər yaralanıb.

Fins.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

* * *
20.02.2023

Fins.Az bildirir ki, bir neçə dəqiqə öncə Hatayda 5,2 bal gücündə növbəti zəlzələ baş verib.

* * *

Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir qadın həlak olub.

Fins.Az xəbər verir ki, bu barədə ölkəni daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb.

"Onlardan biri artıq xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir", - deyə nazir bildirib.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.

* * *

Türkiyədə 6,4 bal gücündə zəlzələ baş verib.

Fins.Az bildirir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Hatay əyalətində yerləşib.

KİV-lərin məlumatına əsasən, zəlzələ nəticəsində dağıntıların olduğu ehtimal edilir.

Bundan başqa, daha bir zəlzələ baş verib. 5,8 bal gücündə olan zəlzələnin episentri də Hatay əyalətində yerləşib.

©AFAD / Trend / Milli.Az / Report