Almaniya hakimiyyəti Ukraynada müharibə başlayandan indiyədək Rusiyanın 5,32 milyard avro dəyərində aktivlərini dondurub.
Fins.Az xəbər verir ki, bu barədə ölkənin "Die Welt am Sonntag" qəzeti məlumat açıqlayıb.
Məlumata görə, buna Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan fiziki şəxslərin və şirkətlərin, habelə Rusiya Mərkəzi Bankının aktivləri daxildir.
Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələri Rusiya Mərkəzi Bankının 300 milyard avroluq aktivlərini və rusiyalı iş adamlarının 20 milyard avroluq aktivlərini dondurub.