Qırğız Ekspres Poçt “Beynəlxalq davamlı dağ inkişafı ili” poçt markasını dövriyyəyə buraxıb.
Fins.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu poçt markasını orijinallığı onun dünyada ən uzun – 184 millimetr ölçüdə olmasıdır.
Poçt miniatüründə Çaar-Taş dağ silsiləsi, Toquz-Toro yarğanı, Kazarman qəsəbəsi, miniatür vərəqin kuponunda isə Beş-Taş dərəsi, eyniadlı göl, Tuyuktor dağ silsiləsi və İtaqar aşırımı təsvir olunub.
Qeyri-adi poçt markasını müəllifləri dizayner Darya Mayer və fotoqraf Vladislav Uşakovdur.