Azərbaycandan Türkiyədə zərərçəkənlər üçün humanitar yardım aparan 2 yük təyyarəsi Adanadakı İncirlik aviabazasına enib.
Fins.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ilk gündən axtarış-xilasetmə işlərinə də dəstək verən Azərbaycandan göndərilən 2 yük təyyarəsi İncirlik aviabazasına çatıb. Bununla da Azərbaycandan qadaş ölkəyə humanitar yardım aparan təyyarələrin sayı 12-yə yüksəlib.
Məlumata görə, təyyarələrdən birində 1000 qızdırıcı və 891 çadır, o birində isə 14 700 paltar və 759 çadır olduğu öyrənilib.
Humanitar yardım materialları təyyarələrdən boşaldılıb və hava yardımı dəhlizinin yerləşdiyi əraziyə daşınıb.