DÜNYA

14 Fevral

"Goldman Sachs": Zəlzələnin Türkiyə ÜDM-ə təsiri 1%-dən aşağı ola bilər

"Zəlzələlərin Türkiyədə infrastruktura və ümumi iqtisadiyyata vuracağı zərəri müəyyənləşdirmək hələ tezdir. Lakin bu zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər təəccüblü dərəcədə kiçik ola bilər".

Fins.Az xəbər verir ki, bu barədə "Goldman Sachs" iqtisadçıları bildiriblər.

Məlumata görə, 1999-cu il Mərmərə zəlzələsinin ÜDM-ə təsiri 1,2% təşkil edib. Buna görə də ötən həftə baş verən zəlzələnin ÜDM-ə təsiri 1%-dən xeyli aşağı ola bilər.