DÜNYA

14 Fevral

Böyük Britaniya hər il 124 milyard dollar itirir

Böyük Britaniya Avropa İttifaqından çıxması (Brexit) nəticəsində 29 milyard funt sterlinq (35,2 milyard dollar) investisiya itirib.

Fins.Az xəbər verir ki, bu barədə İngiltərə Bankının Pul Siyasəti Komitəsinin sözçüsü Conatan Haskell "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Məlumata görə, 2016-cı ildən sonra investisiya itkiləri Böyük Britaniya ÜDM-nin 1,3%-nə bərabər olub. Bu göstəricinin 2026-cı ildə Britaniyanın ÜDM-in təqribən 2,8%-ə qədər arta biləcəyi istisna edilmir.