DÜNYA

14 Fevral

Avropa İttifaqında iqtisadiyyatı kiçiləcək yeganə ölkə hansıdır?

İsveç Avropa İttifaqında bu ilin sonuna qədər iqtisadiyyatı kiçiləcək yeganə ölkə olacaq.

Fins.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının analitikləri bildiriblər.

Məlumata görə, İsveç Avropanın ən problemli iqtisadiyyat hesab edilir. Buna səbəb yüzlərlə şirkətin müflisləşməsinə səbəb olan mənzil bazarındakı kəskin enişdir. Avropa Komissiyasının proqnozuna görə, İsveç iqtisadiyyatı bu il 0,8% kiçiləcək, 2024-cü ildə isə 1,2% böyüyəcək.

Əlavə edək ki, İsveçdə ötən il mənzil qiymətləri 16% ucuzlaşıb ki, bu da son 30 ilin ən aşağı səviyyəsidir. Nəticədə, ölkənin 130-a yaxın inşaat şirkəti müflis olub.